Beylikdüzündə VƏHŞİLİK
    • 12-07-2024, 16:53
    • 341

Beylikdüzündə VƏHŞİLİK

Beylikdüzündə bir nəfər boğaraq öldürdüyü gənc qızın cəsədini 6 parçaya kəsib.

News24.az xəbər verir ki, hadisə Beylikdüzü Sahil Mahallesi Hürriyyət bulvarında baş verib. 20 gündür itkin düşdüyü məlum olan 23 yaşlı Erva Raziye Asarın ailəsi bu barədə polisə məlumat verib.

Məsələ ilə bağlı araşdırmaya başlayan polis təmizlikçi kimi evlərə gedən Erva Raziye Asarın ən son internet proqramı vasitəsilə çağırıldığı yerə getdiyini müəyyən edib.

Bu arada polisə Beylikdüzündə tikinti sahəsində qadın meyitinin olduğu bildirilib.

Hadisədə şübhəli kimi görünən F.D polis qrupları tərəfindən saxlanılıb. Şübhəlinin ifadəsində onun qətli etiraf etdiyi məlum olub.

Qəsdən qətlə görə şərti olaraq həbsdən azad edildiyi aşkarlanan şübhəli F.D-nin gənc qızı boğaraq öldürdüyü, başını, qollarını, ayaqlarını tikə-tikə kəsdiyi və qara çantaya yığıb  atdığı müəyyən edilib. 

Qətldə şübhəli bilinən FD İctimai Asayiş Şöbəsi Müdirliyində prosedurlarını başa vurduqdan sonra məhkəmə binasına göndərilib.

Məryəm İlhamqızı