-
- 27-05-2019, 13:13
- 1 414
"Hər kəs onların sevgisindən danışırdı" - Musa Yaqubun qızı
Bir neçə gün öncə xalq şairi fəxri adına layiq görülən Musa Yaqubun səhhəti indi normaldır.
Bunu New24.az-a açıqlamasında şairin qızı Yaqut Yaqubova bildirib:
«Artıq xəstəxanadan çıxarılıb. Hazırda İsmayıllıda, Buynuzda, evindədir. Təzyiqi çox düşmüşdü. Həkimə apardıq, sistem qoydular”.
Y.Yaqubova xalq şairinin vəziyyətinin birdən pisləşməsinin səbəbini belə izah etdi: “Fəxri ad alması ilə bağlı evə gələn-gedən çox oldu. Telekanallar çəkiliş elədilər. Əslində kənddəki evimiz həmişə qonaq-qaralı olub. Atam da gələnləri istədiyi kimi, özü qarşılayıb yola salmağa öyrəşib. Biz kiçik olandan indiyədək həmişə belə görmüşük. Bir neçə gündə də fəxri ad alması ilə bağlı gəlib-gedənləri qarşılayıb yola saldıqca, həyəcanlanıb. Bilirsiz yəqin, atamın danışığında problem yaranıb. Bəzən fikrini ifadə etməyə çətinlik çəkir. Bu, həyəcanını bir az da artırır. Ona görə də, səhhətində problem yaranır. Atam xəstələnəndən çox kövrək olub.... Anamdan sonra çox düşdü. Anamla bir-birlərini çox sevirdilər, iki durna kimi həmişə bir yerdəydilər. Hər kəs onların sevgisindən danışırdı. Anam dünyasını dəyişəndən sonra atamın vəziyyəti bir az da pisləşdi”.
Şairin qızı atasının fəxri ad almasından da danışdı: «Atam həmişə xalqın içində olan adamdır. Rəsmi ad almamışdan qabaq da, poeziya sevənlər ona xalqın şairi deyərdilər. Bu, indi tam rəsmiləşdi. Bu fəxri ad onun ana südü kimi halalı, haqqıdır. Haqq yerini tapdı. İnsan haqqı - ədaləti görəndə həmişə sevinir”.
Afaq Mirayiq