"Atamın ölüm xəbəri yalandır" - Musa Yaqubun qızı
    • 4-07-2019, 14:56
    • 1 628

"Atamın ölüm xəbəri yalandır" - Musa Yaqubun qızı

Bəzi saytlarda xalq şairi Musa Yaqubun vəfat etməsi ilə bağlı xəbər yayılıb.

Şairin qızı Yaqut Yaqubova News24.az-a açıqlamasında məlumatı təkzib edib.

O qeyd edib ki, hazırda Musa Yaqub özünü çox yaxşı hiss edir: "Bilmirəm, insanlar belə xəbərləri yaymaqla nə əldə edirlər. Atam indi özünü lap yaxşı hiss edir. Yayılan məlumatlar da yanlışdır".

Yayılan xəbərə şair Baba Vəziroğlu da münasibət bildirib: "İndicə telefonla danışdım, kefi yaxşı yox ey, lap əladır. Bir neçə gün qabaq onun haqqında veriliş hazırlamışıq". 

Afaq Mirayiq