Xalq şairi Musa Yaqub xəstəxanadan evə buraxılıb
    • 27-05-2019, 09:54
    • 957

Xalq şairi Musa Yaqub xəstəxanadan evə buraxılıb

Səhhətində yaranan problemlərə görə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Xalq şairi Musa Yaqub evə buraxılıb.
News24.az "Report”a istinadən xəbər verir ki, bunu açıqlamasında Xalq şairinin nəvəsi Nərgiz Gəraylı deyib. 

O bildirib ki, hazırda M.Yaqubun səhhəti normaldır: “Dünən narahat olduğu üçün xəstəxanaya aparmalı olduq. Təzyiqi düşmüşdü. Həkimlər yardım göstərdilər və 1-2 saatdan sonra xəstəxanadan çıxdıq. Hazırda evdədir. Dərmanlarında olan problemlərə görə təzyiqi tez-tez aşağı düşür”.

Qeyd edək ki, Xalq şairi Musa Yaqub İsmayıllı rayonunun Buynuz kəndində yaşayır. Mayın 26-da şairin səhhətində problem yarandığına görə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.