NATO müharibəyə hazırlaşır - Duda etiraf etdi
    • 16-07-2024, 16:53
    • 159

NATO müharibəyə hazırlaşır - Duda etiraf etdi

Əgər Rusiya Ukraynadakı silahlı münaqişədə qalib gəlsə, Rusiya ilə Qərb arasında potensial müharibə inanılmaz dərəcədə yaxın olacaq.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu fikri “Virtualna Polska” portalına müsahibəsində Polşa prezidenti Andjey Duda deyib.

Onun sözlərinə görə, NATO hərbi münaqişəyə hazır olmalıdır:

“Müəyyən mənada bəli, NATO müdafiə ittifaqıdır, lakin qədim müdrik kəlam var: Sülh istəyirsənsə, müharibəyə hazırlaş. Alyans o qədər güclü olmalıdır ki, heç kim ona hücum etmək fikrinə düşməsin”.