Çantasının kəməri gözünə girən model kor oldu
    • Dünən, 23:29
    • 104

Çantasının kəməri gözünə girən model kor oldu

24 yaşlı model Genevieve Brewster çantasının metal kəməri gözünə girdikdən sonra kor olub.

News24.az sonxeber.az-a istinadən xəbər verir ki, 2021-ci ilin may ayında baş verən hadisədən sonra iki il ərzində doqquz cərrahiyyə əməliyyatı keçirən gənc model 2024-cü ildə sol gözünün tor qişasının tamamilə qopması nəticəsində kor olub.

"Bu, travmatik bir hadisə idi. Karyerama başlamağa və yetkin həyata addım atmağa çalışarkən bu vəziyyətlə qarşılaşmaq çox çətin oldu" , - deyə model açıqlamasında bildirib.

Sağlamlıq sığortası olmadığı üçün həkimə gec getdiyini bildirən Brewster gənclərə "instinktlərinizə qulaq asın və özünüzü tez-tez müayinədən keçirin" deyə xəbərdarlıq edib.

Hazırda yalnız rəngləri və kölgələri ayırd edə bildiyini deyən Brewster ən böyük qorxusunun sağ gözünün də görmə qabiliyyətini itirməsi olduğunu qeyd edib.