NASA-nın kosmik gəmisi sürət rekordunu qırdı
    • 16-07-2024, 16:21
    • 337

NASA-nın kosmik gəmisi sürət rekordunu qırdı

NASA-nın Parker Günəş zondu Günəşə ən yaxın insan tərəfindən yaradılan obyekt kimi öz rekordunu qırıb.

News24.az xəbər verir ki, NASA tərəfindən idarə olunan kosmik gəmi təxminən saatda 643 min 737 km sürətə çatıb.

ABŞ Kosmik Agentliyi bu yaxınlarda açıqlayıb ki, Parker Solar Probe Günəşə 20-ci ən yaxın yaxınlaşması, Günəşin xarici atmosferi və ya tacından keçən ilk uçuş zamanı öz sürət rekordunu saatda 635,266 kilometrlə qırıb.

Qeyd edək ki, Parker Günəş zondu Günəşə ən yaxın insan tərəfindən yaradılan obyekt olmaqla yanaşı, hazırda kosmosda insan tərəfindən yaradılan ən sürətli cisim rekorduna sahibdir.

NASA-nın gəmisi dekabrın 24-də son üç ən yaxın yanaşmasından birincisini etməzdən əvvəl Günəş ətrafında bir daha eyni məsafədə uçacaq.

Parker Günəş zondu NƏ EDİR?

NASA Günəş atmosferinin ən kənar hissəsi - tac və günəş küləyi haqqında daha çox öyrənmək üçün zonddan istifadə etməyə ümid edir.

Zond həmçinin Günəşin plazması və maqnit sahələri, xüsusən də onların günəş küləkləri ilə əlaqəsi haqqında mühüm məlumatları qeyd edir.

Günel Məlikzadə