-
- 6-11-2018, 18:37
- 1 470
NASA-nın kosmik aparatı Günəşə çox yaxınlaşdı
Günəş tacını tədqiq etmək üçün NASA tərəfindən kosmosa göndərilən “Parker Solar Probe” aparatı Günəşə yaxınlaşıb.
Bu barədə NASA-dan açıqlama verilib.
“Günəşin ölümcül istisi və radiasiyası ilə qarşılaşan “Parker Solar Probe” kosmik aparatımız Günəşə ilk yaxınlaşmasını həyata keçirib. Aparat günəşin 24 milyon kilometrliyindədir. Bu, rekord göstəricidir”, – deyə açıqlamada bildirilib.
NASA-dan bildirilib ki, kosmik zond 343 min kilometr/saat sürətlə hərəkət edir. Maksimum yaxınlaşma nöqtəsində 19.9 milyon selsi dərəcə qeydə alınıb.
29 oktyabr tarixində isə alman-amerikan zondu “Hellios” Günəşə 26 milyon kilometr məsafədə yaxınlaşmışdı.
Astro fizik Yucin Parkerin şərəfinə adlandırılan “Parker Solar Probe” kosmik aparatı avqust ayında kosmosa göndərilib. 7 il ərzində Günəşin ətrafında 24 dövrə vuracaq.
//Ölkə.az