Dünya 225 milyon kilometr uzaqlıqdan lazer mesajı aldı
    • 29-04-2024, 23:50
    • 5 826

Dünya 225 milyon kilometr uzaqlıqdan lazer mesajı aldı

NASA-da çalışan elm adamları 225 milyon kilometr məsafədən Dünyaya lazer mesajının çatdırıldığını açıqlayıblar.

News24.az xəbər verir ki, Yerlə Günəş arasındakı məsafənin 1,5 qatı olan bu məsafədən gələn mesaj NASA-nın "Psyche" kosmik gəmisi tərəfindən göndərilib.

NASA-nın fikrincə, bu uğur Marsa gələcək missiyalara yol aça bilər.

Bu nailiyyət kosmik gəmilərin gələcəkdə optik rabitədən necə istifadə edə biləcəyinə dair fikir verir.

Qeyd edək ki, bu inkişaf yüksək rezolyusiyaya malik şəkillər və videoların daha yüksək məlumat sürətində əlaqə saxlamasına imkan verir. O, həmçinin bəşəriyyətin irəliyə doğru növbəti nəhəng sıçrayışını dəstəkləyir; insanları Marsa göndərir.

Lazer mesajı hazırda Psyche kosmik gəmisində olan NASA-nın Deep Space Optical Communications qəbuledicisi tərəfindən Dünyaya ötürülüb.

Xatırladaq ki, əvvəllər NASA Yerdən kənara çıxan missiyalarla əlaqə saxlamaq üçün yalnız radio dalğalarından istifadə edib.

Günel Məlikzadə