Conni Deppin 28 yaşlı sevgilisi - FOTO
    • 16-07-2024, 21:10
    • 203

Conni Deppin 28 yaşlı sevgilisi - FOTO

Keçmiş həyat yoldaşı Amber Heardın ünvanına açdığı böhtan işi ilə nüfuzu sarsılan amerikalı aktyor Conni Depp karyerasında yeni səhifə açıb. Pis günləri arxada qoyan Depp indi yeni sevgilisi ilə adından söz etdirib.

News24.az Daily Mail-ə istinadən bildirir ki, 61 yaşlı Hollivud ulduzu rusiyalı model Yuliya Vlasova ilə eşq yaşayır.

Deppin 28 yaşlı sevgilisi həm model, həm də kosmetoloqdur.

Deppə yaxın insanlar münasibətlərin hələ çox ciddi olmadığını və son iki ildə ikisinin bir-birini "ara-sıra" gördüyünü təsdiqləyib.

2021-ci ildə tanış olan ikili sonuncu dəfə keçən cümə axşamı London Heliportundan ayrılarkən birlikdə görüntülənib.

Mənbələrin məlumatına görə, Vlasova gözəllik salonunun sahibidir və model məşhur aktyorla ilk dəfə Praqada keçirilən 55-ci Karlovı Varı Beynəlxalq Film Festivalında tanış olub.

İkili Depp diffamasiya işində qalib gəldikdən sonra 2022-ci ilin iyulunda Jeff Beckin konsertində görünüb.

Fotoda ikisinin birlikdə poza verdiyi və modelin hətta Deppin yanağından öpdüyü də görünür.


Günel Məlikzadə