Coni Depp məhkəmədə keçmiş həyat yoldaşına qalib gəldi
    • 3-08-2021, 09:53
    • 388

Coni Depp məhkəmədə keçmiş həyat yoldaşına qalib gəldi

Məşhur amerikalı aktyor Conni Depp keçmiş həyat yoldaşı Amber Hördə qarşı məhkəmə prosesində qalib gəlib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, mart ayından bəri davam edən məhkəmə prosesindən C.Depp keçmiş həyat yoldaşının boşanma zamanı əldə etdiyi 7 milyon dolları mənimsədiyi sübüt etməyə çalışıb. 

Hazırda xeyriyyə təşkilatı aktrisanın iddia edilən yardımları ilə bağlı məlumatları açıqlamalıdır. Aktyorun vəkili onun məhkəmənin qərarından çox məmnun olduğunu bildirib.

Qeyd edək ki, Amber Hörd sözügedən məbləği Los -Ancelesdəki uşaq xəstəxanasına bağışladığını bildirib. Hazırda isə sözügedən xeyriyyə təşkilatı bununla bağlı sənədləri ictimaiyyətə təqdim etməldir.