-
- 16-07-2024, 22:10
- 328
Vəbadan 134 nəfər öldü
Somali Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkədəki vəba epidemiyasına diqqət çəkilib.
News24.az xəbər verir ki, yanvar ayından bəri epidemiyadan 134 nəfərin öldüyü paylaşılıb.
Digər tərəfdən, açıqlamada bu il 16 min 231 hadisənin aşkar edildiyi, gigiyena materiallarına çatma çətinliyinin, yağış və daşqınların epidemiyaya səbəb olduğu qeyd edilib.
“Təəssüf ki, bu il vəbadan 134 ölüm halı qeydə alınıb ki, bu da epidemiyanın ciddiliyini ortaya qoyur”, - məlumatda deyilir.
Epidemiya ilə mübarizə çərçivəsində ölkə daxilində 920 min 913 nəfərin vəba peyvəndi edildiyi də paylaşılıb.
Qeyd edək ki, 2023-cü ildə Somalidə təxminən 18 min vəba hadisəsi aşkar edilərkən, yarısından çoxu 5 yaşdan kiçik uşaqlar olmaqla 46 nəfər ölüb.
Günel Məlikzadə