Qayıq və yaxta toqquşdu
    • 16-07-2024, 23:10
    • 359

Qayıq və yaxta toqquşdu

Gökkaya körfəzinin çıxışında içərisində 2 nəfərin olduğu rezin qayıq "Çiçək 3" adlı yaxta ilə toqquşub.

News24.az xəbər verir ki, qayıqda olan Yusuf Genç və Ersan Karakehya yaralanaraq dənizə düşüblər.

Xəbər üzərinə Sahil Təhlükəsizlik qrupları hadisə yerinə sövq edilib. Yaralılar yaxtada olan müştərilər arasında olan həkimin nəzarəti altında Çayağzı Limanına gətirilib.

Genç, müdaxilələrə baxmayaraq xilas ola bilməyib.

Günel Məlikzadə