Sərnişin avtobusu evə girdi: Ölən və yaralananlar var
    • 16-07-2024, 23:30
    • 279

Sərnişin avtobusu evə girdi: Ölən və yaralananlar var

Türkiyədə “Akdeniz Turizm”ə məxsus şəhərlərarası sərnişin avtobusu idarəetmədən çıxıb.

News24.az xəbər verir ki, avtobus qarşı hərəkət zolağına keçərək, evin divarına çırpılaraq dayanıb.

Hadisə yerinə çoxlu polis və tibbi qruplar göndərilib.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, çoxlu sayda yaralı sərnişin ətrafdakı xəstəxanalara aparılıb.

Günel Məlikzadə