İş adamı ağacdan asılmış vəziyyətdə tapıldı
    • 17-07-2024, 09:29
    • 285

İş adamı ağacdan asılmış vəziyyətdə tapıldı

Malatyanın Battalgazi rayonunda yol kənarında ağacdan asılan şəxsi görənlər vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildiriblər.

News24.az xəbər verir ki, həyatını itirən şəxsin iş adamı Mehmet Köse (45) olduğu müəyyən edilib.

Cəsədinin dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün hadisə yerində aparılan müayinədən sonra məhkəmə tibb müəssisəsinə aparılıb.

Qeyd edək ki, hadisə ilə bağlı istintaq davam edir.

Günel Məlikzadə