Gənc idmançı evinin qarşısında ölü tapıldı
    • 29-06-2024, 13:00
    • 388

Gənc idmançı evinin qarşısında ölü tapıldı

Muğlanın Beçin məhəlləsi sakinləri yolda hərəkətsiz vəziyyətdə yatan bir nəfəri görüb və vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildiriblər.

News24.az xəbər verir ki, əraziyə sağlamlıq və polis qrupları sövq edilib. Qısa müddətdə hadisə yerinə gələn qruplar müayinə etdikdən sonra şəxsin öldüyünü müəyyən ediblər.

Hadisə yerində aparılan araşdırma zamanı həyatını itirən şəxsin fitnes idmançısı Bəhtiyar Bahar olduğu öyrənilib.

Ölümün dəqiq səbəbini müəyyən etmək üçün Baharın cəsədi yarılmağa göndərilib.

Baharın qəfil ölümü ailəsini və yaxınlarını dərindən kədərləndirsə də, hadisə ilə bağlı istintaq davam edir.

Günel Məlikzadə