SON DƏQİQƏ! YAP rəhbərliyi qərargaha yığışır
    • 17-07-2024, 09:50
    • 365

SON DƏQİQƏ! YAP rəhbərliyi qərargaha yığışır

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti iclas keçirəcək. İclasda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində partiyanın namizədləri müəyyən ediləcək.

News24.az Modern.az-a istinadla bildirir ki, partiyanın İdarə Heyətində təmsil olunan şəxslər artıq YAP-ın binasına gəlməyə başlayıb.

Toplantının yaxın saatlarda başlayacağı gözlənilir.

İclasdan sonra hakim partiyanın bütün seçki dairələri üzrə namizədlərini açıqlayacaq.

Qeyd edək ki, YAP-ın İdarə Heyətində 40 nəfər təmsil olunur.