Bakıda məşhur klinikanın girişinə KİLİD VURULDU - FOTO
    • 17-07-2024, 15:51
    • 4 764

Bakıda məşhur klinikanın girişinə KİLİD VURULDU - FOTO

Bakıda fəaliyyət göstərən özəl klinikalarından biri – “Reo-Med” klinikasının girişinə kilid vurulub.

News24.az-ın məlumatına görə, bir neçə gündür klinikanın fəaliyyətini dayandırdığı iddia edilir. Bu barədə yaxınlıqda yaşayan vətəndaşlar məlumat verib.

Qeyd edək ki, 29 yaşlı qadın iyunun 11-də əməliyyat üçün “Reo-Med” klinikasına müraciət edib və 2 iyul tarixində həyatını itirib. Gənc xanımın ölümündə isə “Reo-Med” klinikasının həkimi Mətanət Eyvazova və anestezioloq Babək Mahmudov ittiham edilib.  Son günlər bu mövzu sosial şəbəkələrdə və KİV-də geniş müzakirələrə səbəb olub.

Bunu da bildirək ki, klinikanın binasına yazılan "Reo-Med" yazısı da üzərindən götürülüb.

Aqil Qarayev