65 yaşlı insanlarla bağlı həyəcan təbili - Yaxın üç ildə...
    • 17-07-2024, 22:52
    • 39 832

65 yaşlı insanlarla bağlı həyəcan təbili - Yaxın üç ildə...

Qarşıdakı üç il ərzində İtaliyada 90 yaşdan yuxarı bir milyon insanın olacağı proqnozlaşdırılır.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, Səhiyyə Nazirliyinin “Italia Longeva” Aktiv Yaşlanma və Uzunömürlü Milli Assosiasiyası diqqəti 20 ildən sonra 19 milyona çatacaq yaşlı insanlara yardıma yönəldib.

Məlumata görə, bu sayın üçdəbirini 65 yaşdan yuxarı tək və təcrid olunma riski altındakı insanlar təşkil edəcək.

Bildirilib ki, 2014-cü ildəki 252 min nəfərlə müqayisədə 2023-cü ildə evdə qulluqdan faydalanan 65 yaşdan yuxarı yaşlıların sayı təxminən 550 min nəfərə yüksəlib. Hazırda ölkədə yaşlılara evdə qulluğa böyük ehtiyac var.

Növbəti 20 il ərzində tək yaşayan və təcrid olunma riski altında 65 yaşdan yuxarı təxminən 6 milyon insanın olacağı proqnozlaşdırılır.