İzmirdə meşə yanğını
Dünya
İzmirin Berqama mahalında meşəlik sahədə yanğın baş verib.
News24.az xəbər verir ki, yanğının qarşısının alınması üçün İzmir Meşə Regional Müdirliyinə aid 8 təyyarə, 19 helikopter, 50 çiləyici, 10 su təchizatı maşını və 4 dozerlə iş aparılır.
Qruplarının alovun qarşısını ala bildiyi, küləyin təsiriylə onları nəzarət altına almaq üçün işlərin davam etdiyi öyrənilib.
Günel Məlikzadə