İki avtomobil toqquşdu: Ölən və yaralananlar var
    • 17-07-2024, 22:40
    • 223

İki avtomobil toqquşdu: Ölən və yaralananlar var

Muğlanın Fethiye rayonunda iki avtomobilin toqquşub.

News24.az xəbər verir ki, Fransa vətəndaşı N.L. D.A-nın idarə etdiyi avtomobillə toqquşub.

Sürücülər və 5-i Fransa vətəndaşı olan 11 nəfər xəsarət alıb.

Qəza yerinə çoxlu təcili yardım və polis qrupları sövq edilib.

Yaralılar sağlamlıq qrupları tərəfindən rayonlarındakı xəstəxanalara aparılıb.

12 yaşlı Fransa vətəndaşı E.A. aparıldığı xəstəxanada edilən müdaxiləyə baxmayaraq dünyasını dəyişib.

Digər yaralıların həyati təhlükəsinin olmadığı öyrənilib.

Günel Məlikzadə