Mikroavtobus qəzaya uğradı: Yaralılar var
    • 31-05-2024, 23:10
    • 233

Mikroavtobus qəzaya uğradı: Yaralılar var

Aydında mikroavtobusla sərnişin avtobusunun toqquşub.

News24.az xəbər verir ki, qəza nəticəsində sürücülər də daxil olmaqla 17 nəfər xəsarət alıb.

Xəbər üzərinə qəza yerinə təcili yardım və jandarma qrupları sövq edilib.

Yaralılar ətraf xəstəxanalara çatdırılıb.

Qeyd edək ki, müalicə olunan yaralıların səhhətinin yaxşı olduğu bildirilib.

Günel Məlikzadə