"Real" Modriçlə müqaviləni uzatdı
    • 17-07-2024, 23:25
    • 311

"Real" Modriçlə müqaviləni uzatdı

"Real" futbolçusu Luka Modriçlə müqaviləsini uzadıb.

News24.az qol.az-a istinadla xəbər verir ki, bu  barədə klubun saytı məlumat yayıb. 38 yaşlı mərkəz yarımmüdafiəçisi Luka Modriç ilə yeni sözləşmə 2025-ci ilin yayınadək nəzərdə tutulub.

Luka Modriç 2012-ci ildən "Real"da çıxış edir. Ötən mövsüm o, komanda ilə bütün turnirlərdə 46 matça çıxıb, 2 qol vurub və 8 qolun ötürməsini verib. Futbolçunun klubla əvvəlki müqaviləsi 2024-cü ilin yayına qədər idi. 

Daha əvvəl mətbuatda Modriçin "Real"da qalmaq üçün digər klublardan gələn təklifləri rədd etdiyi bildirilirdi.