"Bavariya" onunla müqaviləni uzatdı
    • 11-11-2022, 22:50
    • 372

"Bavariya" onunla müqaviləni uzatdı

"Bavariya" futbolçusu Sven Ulreyxlə müqaviləni uzadıb.

News24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 34 yaşlı qolkiperlə 2024-cü ilin yayınadək sözləşmə imzalanıb.

Onun müqaviləsi 2023-cü ilin yayınadək idi.

Qeyd edək ki, Sven bu mövsüm 8 matç keçirib və bu oyunlardan 5-də qol buraxmayıb. O, qapısında 6 qol görüb.