Trabzonspor-da daha bir ayrılıq
    • 17-07-2024, 23:00
    • 338

Trabzonspor-da daha bir ayrılıq

"Trabzonspor" Dimitrios Kurbelisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyini açıqlayıb.

News24.az xəbər verir ki, tünd qırmızı-mavi komanda bu yaxınlarda Mountassir Lahtimi ilə müqaviləni ləğv etdiklərini açıqlayıb.

Qara dəniz komandasının Tomas Menye ilə müqaviləni birtərəfli qaydada pozduğu da bildirilib.

“Trabzonspor”un açıqlamasında bu ifadələr yer alıb:

“Klubumuzla peşəkar futbolçumuz Dimitrios Kurbelis arasında başlama tarixi 01.07.2023 və bitmə tarixi 30.06.2025 olan peşəkar futbolçu müqaviləsinə qarşılıqlı xitam verilib.

Razılaşmaya əsasən, futbolçuya indiyədək qazandığı maaş və digər debitor borclarından başqa heç bir xitam təzminatı ödənilməyəcək”.

Günel Məlikzadə