Beşiktaş-da ayrılıq: Rozierin yeni komandası bəlli oldu
    • 5-07-2024, 15:29
    • 211

Beşiktaş-da ayrılıq: Rozierin yeni komandası bəlli oldu

Beşiktaş klubu fransız futbolçu Valentin Rozier ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırdığını açıqlayıb.

News24.az xəbər verir ki, açıqlamada, "Peşəkar futbolçumuz Valentin Andre Henri Rosier ilə müqaviləmiz qarşılıqlı razılaşma əsasında ləğv edilib" deyildi.

İspaniyaya yollanan fransalı sağ cinah müdafiəçisi La Liqa təmsilçisi “Leqanes”lə hər şeyi razılaşdırıb. 

Rozier tibbi müayinədən keçdikdən sonra İspaniya klubu ilə müqavilə imzalayacaq.

Günel Məlikzadə