Ağdamda avtomobil aşaraq yanıb: Xəsarət alan var
    • 17-07-2024, 17:46
    • 163

Ağdamda avtomobil aşaraq yanıb: Xəsarət alan var

Ağdamda avtomobil yanıb.

News24.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Rayon sakininin idarə etdiyi VAZ-2115 markalı, 10-NS-315 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarına aşıb. Bundan sonra maşında yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunublar, yanğın söndürülüb. Sürücü müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.