Elçin Mirzəbəyli bu seçki dairəsindən namizəd oldu
    • 17-07-2024, 18:23
    • 300

Elçin Mirzəbəyli bu seçki dairəsindən namizəd oldu

Ədalət və Haqq Partiyasının (ƏHD) sədr müavini, tanınmış siyasi şərhçi Elçin Mirzəbəylinin deputatlığa namizədliyi irəli sürülüb.

News24.az azxeber.com-a istinadla bildirir ki, Elçin Mirzəbəyli ƏHD-in namizədi kimi 90 saylı Ağsu seçki dairəsində mübarizə aparacaq.

Qeyd edək ki, həmin dairədən hazırkı deputat Tahir Kərimlidir. O, parlament seçkilərində iştirak etməyəcəyini açıqlayıb.