-
- 18-07-2024, 13:57
- 421
İsrail parlamentindən yeni qərar: "Fələstin dövləti qurulmayacaq"
İsrail parlamenti Knesset bu gün keçirilən səsvermədə Fələstin dövlətinin yaradılmasını rədd edən qətnamə qəbul edib.
News24.az xəbər verir ki, 9 əleyhinə 68 səslə qəbul edilən qətnamədə Fələstin dövlətinin İsrail üçün “ekzistensial təhlükə” olacağı iddia edilir.
Müxalifətdə olan Yeni Ümid və Vahid Sağ Partiyasının təqdim etdiyi təklifi Baş nazir Binyamin Netanyahunun koalisiyasına daxil olan bəzi partiyalar və keçmiş Hərbi Nazirlər Kabinetinin naziri Benni Qantsın rəhbərlik etdiyi Milli Mitinq Partiyası dəstəkləyib.
Müxalifət lideri Yair Lapidin partiyasının üzvləri təklifi dəstəkləməkdən imtina etmək üçün Knessetin palatasını tərk ediblər.
“MÖVCUD TƏHLÜKƏ”
Qətnamədə iddia edilir ki, “İsrail ərazisinin mərkəzində” Fələstin dövlətinin yaradılması “İsrail dövləti və onun vətəndaşları üçün ekzistensial təhlükə” yaradacaq.
Səsvermə Netanyahu ABŞ prezidenti Co Baydenlə görüşmək və Konqresdə çıxış etmək üçün Vaşinqtona uçmalı olduğu vaxt keçirilib. Fevral ayında Knesset Fələstin Dövlətinin birtərəfli qaydada tanınmasını rədd edən hökumət qətnaməsinin lehinə səs verib.
Fələstinlilər isə Qəzza zolağı və İordan çayının qərb sahilində paytaxtı Şərqi Qüds olmaqla müstəqil dövlət qurmağa ümid edirlər.
Qeyd edək ki, Fələstini İspaniya, Norveç və İrlandiya mayın 28-də, 4-də Sloveniya, 21-də isə Ermənistanı rəsmən tanımaq qərarına gəliblər.
Günel Məlikzadə