-
- 27-05-2019, 20:46
- 796
Kiyevdə insult keçirən Milli Qəhrəmanla - Müsahibə
Ukraynanın Kiyev şəhərində insult keçirən və hazırda orada müalicə olunan Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyev “Report”a müsahibə verib. News 24.az Z.Quliyevin müsahibəsini təqdim edirik.
- Zabit müəllim, səhhətiniz necədir, özünüzü necə hiss edirsiniz?
- Hazırda Romodanova adına Neyro-Cərrahiyə İnstitutunda müalicə alıram. Özümü çox yaxşı hiss edirəm.
- Xəstəxanadan çıxacağınız tarix və Bakıya nə vaxt qayıdacağınız bilinirmi?
- Həkimlər həyatım üçün təhlükənin qalmadığını bildirirlər. Həkimlər deyiblər ki, bu həftənin sonunda ambulator müayinəyə buraxılacağam.
- Sizin səhhətinizlə kimlər maraqlanıb?
- Azərbaycan Respublikasının Przedenti cənab İlham Əliyev ciddi tapşırığından sonra müalicəmlə bağlı bütün məsələlər nəzarətə götürüldü. Azərbaycanın Ukraynadakı səfirliyi bütün lazımı tədbirləri gördü. Mənim özəl xəstəxanaya yerləşdirilməyim və müalicəmin daha ciddi şəkildə aparılması Prezident İlham Əliyevin tapşırığı ilə səfirlik nümayəndələri tərəfindən həyata keçirilib. Cənab Prezident mütəmadi olaraq səhhətimlə maraqlanıb. Mayın 19-da Milli Məclisin sədri Oqtay Əsədov xəstəxanaya gələrək mənə baş çəkdi. O, mənə Prezident İlham Əliyevin salamlarını çatdırdı. Mənim mülicəmin dövlət başçısının birbaşa göstərişi ilə nəzarət altında saxlanıldığını və dövlətimizin müalicə başa çatanadək yardımını əsirgəməyəcəyini bildirdi. Ölkə başçımıza göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm.
Qeyd edək ki, Zabit Quliyev 1975-ci ildə Kürdəmir rayonunun Ərəbxana kəndində doğulub. 1993-cü il Milli Orduya çağırılan Z.Quliyev Qarabağ müharibəsində Füzuli, Ağdam, Ağdərə və Tərtər rayonlarında ermənilərə qarşı igidliklə vuruşub. Z.Quliyev ermənilərə məxsus zirehli texnikaları dəfələrlə sıradan çıxaran, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda hər an canını belə fəda etməyə hazır olan cəsur döyüşçü olub. Təkcə Seysulan kəndində gedən döyüşlər zamanı ermənilərin dörd tankını məhv edib. Cəbhədə göstərdiyi rəşadətə görə Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Ailəlidir, bir övladı var.
Z.Quliyev bu il mayın 7-də Ukraynada insult keçirib.