-
- 30-07-2019, 14:13
- 1 130
Yalçın Rzazadə: "Tam sağalandan sonra yenidən səhnəyə qayıdacam"
“Tam sağalandan və Bakıya qayıdandan sonra yenidən sənətimə davam edəcəm. İlk olaraq Heydər Əliyev Sarayında millətimin qarşısında hesabat konsertini verməyi planlaşdırıram”.
News24.az xəbər verir ki,xalq artisti report-a açıqlamasında Türkiyədəki xəstəxanaların birində əməliyyat olunan Xalq artisti, müğənni Yalçın Rzazadə deyib.
O, xəstəxanadan buraxılandan üç ay sonra sənətini davam etdirmək istədiyini bildirib.
Y.Rzazadə vurğulayıb ki, Türkiyədə müalicə aldığı xəstəxanada ona çox yüksək səviyyədə diqqət və qayğı göstərilir: “Hazırda uzanmışam, sistem köçürülür. Özümü o qədər də yaxşı hiss etmirəm. Həkimlər də konkret olaraq heç nə demirlər. Ümumilikdə, müalicələrim yüksək səviyyədə həyata keçirilir. Əməliyyatdan sonra iki dəfə gəzməyə başlamışam. Amma hələ ki, ayağa qalxıb yeriməyə halım yoxdur. Bu xəstəxanaya yerləşdirilən zaman məni ilk olaraq müayinə etməyə cəlb olunan həkimlər iki gün də geciksəydim, artıq hər şeyin gec olacağını bildirdilər. Buna görə də həyatımı Heydər Əliyev Fonduna, şəxsən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Prezident İlham Əliyeva borcluyam. Bu sözlər ürəyimdən gəlir deyə tam səmimiyyətimlə deyirəm. Mehriban xanımın ürəyi özündən böyükdür. Əgər Azərbaycana sağ-salamat qayıtsam, qalan bütün ömrüm boyu Mehriban xanıma borclu olacam. Mən artıq özümü tək hiss etmirəm, çünki məni qoruyan dövlətim var. Bu dövlətin etimadını hər zaman doğruldacam, dövlətimin mənə etdiyi yaxşılığı heç vaxt unutmayacam”.
Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond nəzarətinə götürüb. Y.Rzazadə müayinə və müalicə olunması üçün Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birinə aparılıb.
Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.