AZAL Bakı ilə Düşənbə arasında reyslərə aviabiletlərin satışına başladı
    • Dünən, 17:35
    • 135

AZAL Bakı ilə Düşənbə arasında reyslərə aviabiletlərin satışına başladı

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı ilə Düşənbə arasında reyslər üçün aviabiletlərin satışına start verib. Bakıdan Tacikistanın paytaxtı Düşənbəyə ilk uçuş sentyabrın 17-nə planlaşdırılıb.

News24.az xəbər verir ki, AZAL Bakı-Düşənbə-Bakı marşrutu üzrə uçuşları həftədə iki dəfə – çərşənbə axşamları və cümə günləri həyata keçirəcək.

Bakı və Düşənbə arasında aviareyslərin açılması Azərbaycan və Tacikistan arasında əlaqələrin möhkəmləndirilməsinə, eləcə də səyahət edənlərin rahatlığının və komfortunun təmin edilməsinə yönəldilib.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.