2000 illik Pompey sirri
    • Dünən, 21:20
    • 68

2000 illik Pompey sirri

Eramızdan əvvəl 79-cu ildə Vezuvi vulkanının püskürməsindən sonra Pompey şəhəri tarixin ən böyük vulkanik fəlakətlərindən biri ilə üzləşib. Püskürmə ərazini kül və lava ilə əhatə edib və minlərlə insanın ölümünə səbəb olub. Lakin son araşdırmalar fəlakətin miqyasını daha da mürəkkəbləşdirir.

News24.az xəbər verir ki, Milli Geofizika və Vulkanologiya İnstitutunun komandası və Pompey Arxeoloji Parkının mütəxəssisləri şəhərin xarabalıqlarında apardıqları qazıntılar zamanı maraqlı kəşflər ediblər. Qazıntılar vulkan püskürməsindən dərhal sonra Pompeyi bürümüş daha bir təbii fəlakətin izlərini üzə çıxarıb.

Vulkanın püskürməsindən qısa müddət sonra şəhərin güclü zəlzələ ilə sarsıldığına inanan tədqiqatçılar, partlayışdan sağ çıxanların zəlzələdə ölmüş ola biləcəyini bildiriblər.

Tədqiqatçılar qazıntılar zamanı tapdıqları sınıq və travmaları olan iki skeleti araşdırarkən bu nəzəriyyənin doğruluğunu təsdiq edən tapıntılar əldə ediblər.

Hər ikisi 50 yaşlarında olan iki kişi skeletindən birinin böyük bir divar parçasının uçması nəticəsində qəfil əzilərək öldüyü, digər skeletin isə özünü qorumaq üçün yuvarlaq taxta əşya ilə özünü qorumağa çalışdığı ifadə edilib.

Tədqiqatçılar bildirirlər ki, bu kəşflər partlayışdan sonra sağ qalan insanların məruz qaldıqları ikinci təbii fəlakətin miqyasını anlamağa kömək edir.

Günel Məlikzadə