-
- 18-07-2024, 22:40
- 536
13 yaşlı uşaq güllələndi
Türkiyədə 4 mərtəbəli binanın qarşısına motosikletlə gələn şübhəli şəxs silahla binanın zirzəmisinə doğru atəş açıb.
News24.az xəbər verir ki, pəncərədən içəri keçən güllələr həmin vaxt yuxuda olan 13 yaşlı Evin A.-ya dəyib. Evin A. yaralanıb, şübhəli hadisə yerindən qaçıb. Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib.
Qolundan xəsarət alan Evin A. ilkin tibbi yardımdan sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Polis qrupları hadisə yerində araşdırma apardıqdan sonra şübhəlinin tutulması üçün əməliyyata başlayıb. Evin A.-nın müalicəsi xəstəxanada davam edir.
Evin A.-nın anası Semra Akdağ, "Qız qan içində idi. "Ana" dedi. Gəldim və halını görəndə şok oldum. Daha özümə gələ bilmədim. Xəstəxanaya apardıq, qan içində idi" dedi.
Günel Məlikzadə