Restorana silahlı hücum: Ölən var
    • 17-07-2024, 23:20
    • 355

Restorana silahlı hücum: Ölən var

Tütkiyədə bir restorana maskalı şəxs və ya motosikletli şəxslər tərəfindən silahlı basqın edilib. 

News24.az xəbər verir ki, restorana və ətrafa bir neçə dəfə atəş açandan sonra motosikletə hücum edənlər hadisə yerindən qaçaraq izlərini itiriblər. Silahlı hücum zamanı ətrafda olan və xarici ölkə vətəndaşı olduğu iddia edilən şəxs yaralanıb.

Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib. Hadisə yerinə gələn sağlamlıq qrupları yaralıya ilk tibbi yardımı edərkən, polis qrupları da ərazidə təhlükəsizlik tədbirləri alıb. Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən əcnəbi vətəndaşı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb və həyatını itirib.

Polis qrupları hadisədən sonra restoranı və ətrafını təhlükəsizlik lenti ilə bağlayıb. Hadisə yeri araşdırma qrupları tərəfindən aparılan araşdırmalar zamanı restorana və park edilmiş iki avtomobilə güllə dəydiyi müəyyən edilib. Polis, hücumu həyata keçirən və hadisə yerindən qaçan şəxs və ya şəxslərin tutulması üçün araşdırma başladıb.

Günel Məlikzadə