-
- 19-07-2024, 09:38
- 299
Hərbi xidmətdən yayınmaq istəyənlər üçün PİS XƏBƏR... - VİDEO
Artıq həkimin saxta rəyi əsasında hərbi xidmətdən yayınmaq mümkün olmayacaq.
News24.az Xezerxeber.az-a istinadla bildirir ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi prosesi Tibbi Qiymətləndirmə Mərkəzində aparılır. Burada 4 kateqoriyadan olan çağırışçılar yoxlanılır.
Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nəzdində olan mərkəz müasir tibbi avadanlıqlarla təchiz olunub.
Elə bu məlumatlar əsasında da mərkəzi çağırış komissiyası şəxsin hərbi xidmətə yararlı olub-olmaması barədə qərar qəbul edir. Bundan sonra da yararlı olan şəxslərin Silahlı Qüvvələrə bölüşdürülməsi prosesi başlayır.
O da qeyd olunub ki, bütün bu işlərin görülməsi üçün mərkəzə ixtisaslaşmış şəxslər cəlb olunublar.
Ətraflı süjetdə: