"Mavi ekran" probleminin addım-addım həlli
    • 19-07-2024, 13:25
    • 366

"Mavi ekran" probleminin addım-addım həlli

CrowdStrike proqram təminatı ilə bağlı problem bütün dünyaya təsir edib.

News24.az xəbər verir ki, aviaşirkət nəqliyyatı, bank əməliyyatları dayanıb, xəstəxanalarda cərrahiyyə əməliyyatları aparıla bilməyib.

Qlobal problem Türkiyədən bir çox şirkətə də təsir edib.

Problemlə əlaqədar İnformasiya Texnologiyaları İdarəsi (BTK) və Milli Kiber İnsidentlərə Müdaxilə Mərkəzi (USOM) araşdırmaya başlayıb.

Açıqlamada problemin kiberhücumdan deyil, CrowdStrike proqramında yaranan problemdən qaynaqlandığı bildirilib.

Milli Kiber Hadisələrə Müdaxilə Mərkəzi (USOM) da sosial media hesabında CrowdStrike probleminin həllini paylaşıb.

Qurum tərəfindən edilən şərhdə, problem yaşayan istifadəçilərdən aşağıdakı yolu izləmələri istənilib:

“Windows-u Təhlükəsiz rejimdə və ya Windown Recovery Environment-də başladın.

C:\Windows\System32\drivers\CrowdStrike qovluğuna keçin.

“C-00000291*.sys” ilə başlayan faylı tapın və adını dəyişin

Kompüteri normal şəkildə yenidən başladın".

Günel Məlikzadə