Dünya "mavi ekran" verdi
    • 19-07-2024, 12:24
    • 253

Dünya "mavi ekran" verdi

İnformasiya sistemlərində qlobal texniki nasazlıqlar səbəbindən bir çox sahələrdə problemlər yaranıb. 

News24.az xəbər verir ki, problemin qlobal kibertəhlükəsizlik firması Crowdstrike-dəki problemlə bağlı olduğu bildirilib.

Bu hadisədən qlobal hava limanları və telekanallar təsirlənib. İngiltərənin ən mühüm televiziya kanallarından biri olan Sky News-un da yayımlarında kəsintilər yaranıb.

Avstraliyada hökumət fövqəladə iclas keçirmək qərarına gəlib.

Berlin hava limanında bütün uçuşlar dayandırılıb.

 London Fond Birjasında əməliyyatlarda problemlərin olduğu açıqlanıb.

 İspaniyanın bütün hava limanlarında texniki çətinliklər qeydə alınıb.

 İsrail, Hindistan, İrlandiya, Hindistan, Yaponiya da problemlərin baş verdiyi yerlər sırasındadır.

Banklar, aviaşirkətlər, dəmir yolları, telekommunikasiya şirkətləri, televiziya və radio yayımları və supermarketlər kimi müəssisələr bütün dünyada Windows sistemlərində görülən mavi ekran xətası səbəbindən oflayn vəziyyətə düşüb.

Honq-Konq hava limanı fasilələrə görə əl ilə qeydiyyat prosedurlarına keçib.

Qeydiyyat sistemi dünyanın ən böyük hava limanlarından biri olan Sinqapurun Changi hava limanında da əl ilə işləyir.

Danimarkanın paytaxtı Kopenhagendə təcili yardım xidmətləri və yanğın siqnalizasiya sistemləri sıradan çıxıb.

Məryəm İlhamqızı