Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu
    • Bu gün, 15:15
    • 66

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu

Azərbaycan tərəfindən axtarışda olan şəxs Rusiyada saxlanılıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, Azərbaycan məhkəmələri tərəfindən barəsində qiyabi həbs qətimkan tədbiri seçilən 1978-ci il təvəllüdlü Emin Yusufov Rusiya Federasiyasında tutulub.

O, Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə təqsirləndirilir.