Beşiktaşlı Merih Dəmiral planı
    • Bu gün, 15:57
    • 53

Beşiktaşlı Merih Dəmiral planı

Milli komandanın ulduzu Merih Dəmiral mərkəz müdafiəçiləri üçün transfer işlərini davam etdirən Beşiktaşda gündəmə gəlib.

News24.az xəbər verir ki, qara-ağların Səudiyyə Ərəbistanının "Əl Əhli" komandasında çıxış edən Merih Dəmiralı heyətinə qatmaq üçün hərəkətə keçdiyi iddia edilib.

Səudiyyə Ərəbistanı komandasının 15 milyon avroluq transfer haqqı gözləntisini çox görən Beşiktaşın icarə düsturunu işə salacağı qeyd edilib.

Qeyd edək ki, Merih Demiral ötən yay transfer mövsümündə "Atalanta"dan 16,5 milyon avroya "Əl Əhli"yə transfer olunub.

Günel Məlikzadə