Fənərbaxçanın Allan Saint-Maximin planı
    • 11-05-2024, 10:03
    • 283

Fənərbaxçanın Allan Saint-Maximin planı

Fənərbaxçada növbəti mövsüm üçün planlaşdırılan transfer səyləri sürət qazanıb.

News24.az xəbər verir ki, Duşan Tadiçin mövsümün sonunda keçmiş klubu "Ayaks"a dönəcəyi ilə bağlı iddialardan sonra sarı-göylülər ehtiyat planını hazırlayıb.

Fənərbaxçanın "Əl-Əhli"də çıxış edən Allan Saint-Maximin üçün hərəkətə keçdiyi və 27 yaşlı futbolçunu satın alma opsiyonu ilə icarəyə götürmək istədiyi iddia edilib.

Hazırda bazar qiyməti 20 milyon avro olan fransalı futbolçu ilə əlaqə qurulduğu, Tadiçin ayrılacağı təqdirdə transfer ediləcəyi qeyd edilib.

Qeyd edək ki, 2023-24 mövsümünün əvvəlində "Nyukasl"dan ayrılan Sent-Maksimin Səudiyyə Ərəbistanı yığması ilə 30 rəsmi matçda 4 qol vurub və 10 məhsuldar ötürmə edib.

Onu da bildirək ki, "Əl-Əhli" ilə 2011-12 mövsümündən başlayaraq 30 iyun 2026-cı ilə qədər müqaviləsi olan Sen-Maksimin transfer haqqına ümumilikdə 60 milyon avro ödənilib.

Onun Səudiyyə komandasına transferi üçün ödənilən transfer qiyməti 27 milyon avro olub.

Günel Məlikzadə