"Beşiktaş"da yeni hədəf - Laporte
    • 20-06-2024, 09:00
    • 322

"Beşiktaş"da yeni hədəf - Laporte

Gələn mövsüm mərkəz müdafiəçisi tandemini gücləndirmək istəyən "Beşiktaş" Qabriel Paulistadan sonra yeni hədəfini müəyyənləşdirib.

News24.az Fotomaç-a istinadən xəbər verir ki, qara-ağların "Əl-Nassr"da çıxış edən Aymerik Laportu gündəmə gətirdiyi iddia edilib.

Bildirilib ki, prezident Həsən Arat yaxın dostu “Əl-Nəsr” prezidenti Musalli Əl Müəmmərlə görüşməyi və transferdə nəticə əldə etməyi planlaşdırıb.

Onu da bildirək ki, İspan müdafiəçi ötən mövsüm 27 milyon avroya “Mançester Siti”dən Səudiyyə Ərəbistanı komandasına transfer olunub.

30 yaşlı futbolçu “Əl-Nassr”ın heyətində 40 rəsmi oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Həmçinin qeyd olunub ki, “Əl-Nassr” bir müddət əvvəl Laporta 6 milyon avroluq təklifi rədd edib.

Günel Məlikzadə