Rekord isti: 6 milyon insan risk altındadır
    • Bu gün, 21:20
    • 78

Rekord isti: 6 milyon insan risk altındadır

Böyük Britaniyada 6 milyon insan iqlim dəyişikliyinin səbəb olduğu həddindən artıq istilərdən risk altındadır.

News24.az xəbər verir ki, Friends of Earth-ün yeni analizinə görə, yaşlılar və gənc uşaqlar isti dalğaları riski altındadır. İngiltərədə 5 yaşdan kiçik 1,7 milyon və 65 yaşdan yuxarı 4,3 milyon insan həddindən artıq istilərdən ən çox təsirlənən ərazilərdə yaşayır.

İsti dalğalar üçün yüksək riskli bölgələrdə 3,7 milyon insanda yüksək qan təzyiqi, 1,5 milyon insan astma və 1,6 milyon insanda diabet var. Bu pozğunluqların həddindən artıq istidə pisləşməsi və həyat üçün təhlükə yarada bilməsi riski var.

Təhlillərə görə, risk altında olan insanların sayı mühafizəkar təxmindir. Əlillər və hər yaşda sağlamlıq problemi olan insanlar nəzərə alındıqda real sayın daha da arta biləcəyi proqnozlaşdırılır.


Günel Məlikzadə