2 yerdə meşə yanğını baş verdi
    • Dünən, 22:10
    • 53

2 yerdə meşə yanğını baş verdi

Bu gün Türkiyənin həddindən artıq istilərin təsirli olduğu qərb bölgələrindən meşə yanğınları xəbərləri gəlir. 

News24.az xəbər verir ki, Balıkəsirdə mikroavtobusda baş verən yanğın meşəlik əraziyə keçib.

Balıkəsir-Edremit avtomobil yolunun Həmas Çakılı məntəqəsində mikroavtobusda yanğın baş verib. Alov meşəyə də keçib.

Xəbərdarlıq üzərinə Balıkəsir Meşə Region Müdirliyinə aid 4 təyyarə, 2 helikopter, 4 su tankeri və ilk müdaxilə maşını bölgəyə göndərilib.

Komandalar yanğına havadan və qurudan müdaxilə edir.

Eyni zamanda, Çanaqqalanın Bayramiç rayonunda meşəlik ərazidə başlayan yanğına havadan və qurudan müdaxilə edilir.

Qeyd edək ki, Barajtəpə yeri yaxınlığındakı meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.

Xəbər üzərinə Meşə Region Müdirliyinə bağlı qruplar və quru və hava vasitələri bölgəyə sövq edildi.

Komandalar yanğını nəzarət altına almaq üçün səylərini davam etdirir.

Günel Məlikzadə