Conni Deep sənət əsərlərini təqdim etdi
    • Dünən, 22:30
    • 52

Conni Deep sənət əsərlərini təqdim etdi

Pis günləri arxada qoyan 61 yaşlı amerikalı aktyor Conni Depp, keçmiş sevgilisi Vanessa Paradis də daxil olmaqla, tarot temalı dörd sənət əsərini təqdim edib.

News24.az xəbər verir ki, Depp "İmperatoriçe", "Aşiqlər", "İmperator" və "Güc" adlı əsərlərindən iki övladının anası Vaness Paradisdən ilham aldığını açıqlayıb.

İkisi 1998-ci ildə “Doqquzuncu Qapı” filminin çəkilişləri zamanı tanış olublar. Heç vaxt evlənməmiş cütlüyün Lily-Rose Depp və John Christopher Depp III adlı iki övladı var idi. Məşhur cütlüyün münasibətləri 2012-ci ildə ayrılmaq qərarına gəldikdə bitib.

Keçmiş həyat yoldaşı Amber Heardın ünvanına açdığı böhtan işinə görə nüfuzu sarsılan amerikalı aktyor Conni Depp bir müddət əvvəl yeni sevgiyə yola düşdüyünü açıqlamışdı.

Pis günləri arxada qoyan aktyor 28 yaşlı rusiyalı model Yuliya Vlasova ilə eşq yaşayır.

Günel Məlikzadə