Bakıda DƏHŞƏT: Oğul anasını öldürdü
    • Bu gün, 10:06
    • 1 735

Bakıda DƏHŞƏT: Oğul anasını öldürdü

İyulun 20-də saat 8 radələrində paytaxtın Qaradağ rayonu Ümid qəsəbəsində 57 yaşlı Şükürzadə Aybəniz Məhəmməd qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu 33 yaşlı Şükürzadə Kamran Etibar oğlu saxlanılıb. O, polisə könüllü gəlib. 

Araşdırma aparılır.