"Kəpəz" Küveyt klubu ilə yoxlama matçı keçirəcək
    • Bu gün, 11:05
    • 57

"Kəpəz" Küveyt klubu ilə yoxlama matçı keçirəcək

"Kəpəz" klubunun yoxlama keçirəcəyi növbəti rəqibin adına aydınlıq gəlib.

News24.az Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Azərbaycanda təlim-məşq toplanışında olan Küveytin "Əl-Yarmuk" klubu ilə görüşəcək.

İyulun 22-də Qəbələdə təşkil ediləcək görüş saat 17:30-da başlayacaq.