Faktiki hava: Yağış, şimşək
    • Bu gün, 11:51
    • 86

Faktiki hava: Yağış, şimşək

İyulun 20-si saat 11:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

News24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı Sədərəkdə 2 mm, Naxçıvan, Şərur, Tovuz, Balakən, Gədəbəy, Şəmkir, Şamaxı, Daşkəsən, Şahdağ, Lerikdə 1 mm-dək olub.

Lerik, Şahdağ, Qrızda duman müşahidə olunmuşdur.

Şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Culfada arabir 17 m/s-dək güclənib.

Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 35, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti olub.