Zelenski və Donald Tramp danışdılar
    • Bu gün, 12:10
    • 75

Zelenski və Donald Tramp danışdılar

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-da prezidentliyə namizədliyini irəli sürən keçmiş prezident Donald Trampla telefon danışığı edib.

News24.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski sosial media hesabında etdiyi paylaşımda ABŞ-da prezidentliyə namizədliyini irəli sürən keçmiş prezident Donald Trampla telefonla danışdığını bildirib. 

Zelenski, "Trampı Respublikaçılar Partiyasından namizədliyi münasibətilə təbrik etdim. Pensilvaniyadakı dəhşətli hücumu qınadım. Ukraynanın azadlığını və müstəqilliyini qorumaq üçün mən ikipartiyalı və ikipalatalı Amerika dəstəyinin həyati əhəmiyyətini vurğuladım" dedi.

Rusiya ilə müharibədə Ukraynanın imkanlarını gücləndirməkdə göstərdiyi köməyə görə ABŞ-a hər zaman minnətdar olacağını qeyd edən Zelenski, Rusiyanın hər gün ölkəsinin şəhər və kəndlərini hədəf alan hücumlarını davam etdirdiyini bildirib.

Zelenski bildirib ki, o və Tramp Ukraynada ədalətli və daimi sülhü təmin edəcək addımlar üzərində üz-üzə görüşmək barədə razılığa gəliblər.

Günel Məlikzadə