Ramazan ayının 24-cü gününün - Duası, imsak və iftar vaxtı...
    • 28-05-2019, 20:00
    • 849

Ramazan ayının 24-cü gününün - Duası, imsak və iftar vaxtı...

Sabah Ramazan ayının 24-cü günüdür. 

News24.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 29-da Bakıda imsak saat 03:27 iftar isə saat 20:18-dədir.

Ramazan ayının 24-cü gününün duası: “ İlahi bu ayda Səndən səni razı salacaq əməlləri diləyirəm. Səni incidəcək hərəkətlərdən Sənə pənah gətirirəm. Bu ayda məni sənə itaət etməyə, Sənə asilik etməməyə müvəffəq etməyini diləyirəm, ey diləyənlərə səxavət göstərən Allah!”